You are here: 
Münzen ges

"Terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları" mövzusunda təlim keçirilib

Release Date:

Maliyyə Monitorinqi Xidməti tərəfindən 2026-ci il 12 avqust tarixində qeyri-kommersiya təşkilatlarının nümayəndələri üçün “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları” mövzusunda onlayn təlim təşkil olunmuşdur.

Təlim zamanı Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi – təlimçi  Mehriban Məmmədova iştirakçıları terrorçuluğun maliyyələşdirilməsi anlayışı, mövcud risklər və bu sahədə beynəlxalq standartlar barədə məlumatlandırmışdır. Qeyri-kommersiya təşkilatları üçün "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunda nəzərdə tutulan öhdəliklər, eləcə də ianələrin qəbulu zamanı tətbiq edilməli şübhəlilik indikatorları izah olunmuş və mövzu üzrə təqdimat nümayiş etdirilmişdir.

Maliyyə Monitorinqi Xidmətinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin rəisi Arzu Xəlilova çıxışında qeyri-kommersiya təşkilatlarının "hms.gov.az" portalına inteqrasiyasının əhəmiyyəti, hədəfli maliyyə sanksiyaları haqqında qanunvericilik, sanksiyalar siyahısının tətbiqi qaydaları və hədəfli maliyyə sanksiyaları üzrə mövcud təlimatlarla bağlı geniş məlumat təqdim etmişdir.

Tədbir interaktiv müzakirələrlə davam etmiş, iştirakçılar onları maraqlandıran suallara ətraflı cavablar almışlar.

Təlimdə 20-yə yaxın qeyri-kommersiya təşkilatlarının nümayəndələri iştirak etmişdir.

Previus news: