You are here: 
Münzen ges

Maliyyə Monitorinq Xidmətinin rəhbərliyi 12-ci AMFA Konfransında çıxış edib

Release Date:

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə cari ilin 28 oktyabr tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının “Mikromaliyyədə investisiya və dayanıqlı inkişaf” mövzusuna həsr olunmuş 12-ci Konfransında çıxış edib.

Çıxış zamanı mikromaliyyə sektorunun inkişafında maliyyə inklüzivliyinin və şəffaflığın əhəmiyyəti vurğulanıb. Həmçinin, maliyyə xidmətlərinin əlçatanlığının artırılması ilə yanaşı, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsinin, riskəsaslı yanaşmanın tətbiqinin və şübhəli əməliyyatların vaxtında aşkarlanmasının vacibliyi qeyd olunub.

Konfransda mikromaliyyə sektoruna investisiyalar, maliyyə xidmətlərinə çıxış, kredit risklərinin idarə olunması və rəqəmsal transformasiya ilə bağlı faydalı müzakirələr aparılıb.

Previus news: