You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidməti əməkdaşı Eqmont Qrupunun Məlumat mübadiləsi üzrə işçi qrupunun sədr müavini seçilib

Release Date:

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Nurlan Babayev Eqmont Qrupunun Məlumat mübadiləsi işçi qrupunun sədr müavini vəzifəsinə seçilib.

Maliyyə kəşfiyyatı orqanları arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılmış Eqmont Qrupu cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində təhlükəsiz təcrübə mübadiləsi və maliyyə kəşfiyyatı məlumatlarının paylaşılmasını həyata keçirən beynəlxalq platforma kimi fəaliyyət göstərir. Hal-hazırda 182 ölkənin maliyyə kəşfiyyatı orqanının təmsil olunduğu təşkilatın fəaliyyəti öz üzvlərini dəstəkləmək məqsədi daşıyan, hər biri özünəməxsus mandatı olan dörd ixtisaslaşmış işçi qrup tərəfindən aparılır. 

Qeyd edək ki, MMX-nin başqa bir əməkdaşı daha öncə Eqmont qrupunun Üzvlük, Dəstək, Uyğunluq işçi qrupuna 2 dəfə ardıcıllıqla sədr vəzifəsinə seçilmişdir. Nəticə etibarilə, MMX hazırda sözügedən beynəlxalq təşkilatın işçi qruplarından birinə sədr, digərinə isə sədr müavini statusunda olmaqla, iki işçi qrupunun idarə olunmasında mühüm rol oynayır.

Məlumat mübadiləsi işçi qrupu təşkilata üzv olan maliyyə kəşfiyyatı orqanları arasında məlumatların təhlükəsiz və səmərəli mübadiləsinin təşkili, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və strateji təşəbbüslərin formalaşdırılmasında mərkəzi rol oynayır.

Bu nailiyyət MMX-nin ƏL/TMM sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətin, institusional inkişafın və beynəlxalq əməkdaşlıqda qazandığı etimadın göstəricisidir. Xidmət həmçinin maliyyə kəşfiyyatı məlumatlarının təhlükəsiz və səmərəli mübadiləsi, birgə analitik layihələr, risklərin qiymətləndirilməsi və texnoloji həllərin tətbiqi sahəsində qlobal təşəbbüslərdə fəal rol oynayır.

Bu mühüm nailiyyət ölkə rəhbərliyinin müəyyən etdiyi strateji xəttinə uyğun olaraq Azərbaycan Respublikasının dayanıqlı inkişafını, beynəlxalq mövqelərinin möhkəmləndirilməsini, qlobal proseslərdə etibarlı tərəfdaş kimi rolunun artırılmasını və  dövlət institutlarının nüfuzunun yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.


Previus news:
Next news: