You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidməti ECOFEL Sertifikatlaşdırma Proqramı üzrə əməkdaşlığını növbəti dövr üçün yeniləyib

Release Date:

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (Xidmət) Eqmont Qrupunun Maliyyə Kəşfiyyatı Orqanlarının Təkmilləşmə və Liderlik Mərkəzi (ECOFEL) tərəfindən həyata keçirilən ECOFEL Sertifikatlaşdırma Proqramı (ESP) üzrə əməkdaşlığını növbəti dövr üçün yeniləyib.


Bu məqsədlə Xidmət və ECOFEL arasında Razılaşma Məktubu imzalanıb. Sənədə əsasən, Xidmət əməkdaşları qeyri-kommersiya məqsədləri üçün Proqramın əsas təlim materiallarından istifadə etmək və beynəlxalq səviyyədə tanınan təlim resurslarına çıxış əldə etmək imkanını qoruyub saxlayacaqlar.


ESP maliyyə kəşfiyyatı orqanlarının əməkdaşları üçün hazırlanmış beynəlxalq onlayn təlim və sertifikatlaşdırma proqramıdır. Proqram interaktiv tədris modulları, real nümunələrə əsaslanan qiymətləndirmələr və beynəlxalq standartlara uyğun təlim materialları vasitəsilə iştirakçıların peşəkar bilik və bacarıqlarının inkişafına xidmət edir.


Razılaşma Məktubu Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə, Eqmont Qrupunun rəhbərliyi və ECOFEL nümayəndələrinin iştirakı ilə keçirilən görüş çərçivəsində imzalanıb.

Əməkdaşlığın yenilənməsi Maliyyə Monitorinqi Xidmətinin beynəlxalq tərəfdaşlarla bilik mübadiləsinin genişləndirilməsi, əməkdaşlarının peşəkar hazırlığının gücləndirilməsi və maliyyə kəşfiyyatı sahəsində qabaqcıl təcrübələrin tətbiqinə verdiyi önəmi bir daha nümayiş etdirir.

Previus news:
Next news: