Release Date:
Cari ilin 13 noyabr tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nümayəndələri arasında görüş keçirilib.
Görüş çərçivəsində Maliyyə Monitorinqi Xidməti tərəfindən göndərilmiş məlumatlara dair geriyə məlumatlandırma və şübhəli əməliyyatlarla bağlı yeni tendensiyalar müzakirə edilib. “Şübhəli Əməliyyatların Monitorinqi” informasiya sistemində (ŞƏMS) mövcud olan yeni pəncərələr əməkdaşlara təqdim edilib və funksional istifadə üçün müzakirə edilib.
Həmçinin qurumlar arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi və operativləşdirilməsi barədə müzakirələr aparılıb.