2025-ci il 15–16 sentyabr tarixlərində Maliyyə Monitorinqi Xidmətinin (bundan sonra – Xidmət) təşkilatçılığı ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən ödəniş təşkilatları və elektron pul təşkilatları, həmçinin investisiya şirkətlərinin nümayəndələri üçün “ŞƏMS proqram təminatında İmza səlahiyyətli şəxslər və Benefisiar mülkiyyətçilər” modulu üzrə təlim təşkil olunub.
Təlimin əsas məqsədi maliyyə institutları tərəfindən Xidmətə təqdim olunan məlumatlarla bağlı mövcud çətinliklərin aradan qaldırılması, onların suallarının cavablandırılması və qanunvericilikdə baş vermiş dəyişikliklər barədə məlumatlandırmanın təmin edilməsi olub.
Təlimçilər Təhminə Abdınbəyova və Ayaz Şahbazi proqramı çərçivəsində maliyyə institutlarında hesabı olan hüquqi şəxslərin imza səlahiyyətli şəxslərinə dair məlumatların təqdim edilməsi, işgüzar münasibətdə olduqları benefisiar mülkiyyətçilərin müəyyən edilməsi mövzuları üzrə ətraflı məlumat veriblər. Görüşdə, həmçinin “ŞƏMS” proqram təminatında məlumatların Xidmətə təqdim olunması ilə bağlı praktiki məsələlər müzakirə olunub.
55 iştirakçının qatıldığı təlimlər qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.