Release Date:
29 avqust 2025-ci il tarixində Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları Azər Həsənli, Nilufər Abdullayeva və Sübhan Qarayev tərəfindən nəzarət orqanlarının nümayəndələri üçün “Qanunsuz yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı sahəvi risk qiymətləndirilməsi və nəzarət tədbirləri” mövzusunda onlayn təlim keçirilmişdir.
Təlim zamanı qeyri-kommersiya təşkilatları üzrə sahəvi risk qiymətləndirilməsi, qiymətləndirmənin mərhələləri, eləcə də qanunvericilikdən irəli gələn nəzarət orqanlarının öhdəlikləri və digər mühüm məsələlər ətraflı şəkildə izah edilmişdir.
Həmçinin təlim iştirakçılarının diqqətinə qeyri-kommersiya təşkilatlarına risk əsaslı nəzarət, nəzarət tədbirlərinin tənzimlənməsi qaydaları və bu sahədə beynəlxalq yanaşmalar çatdırılmışdır.
Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş, iştirakçıların suallarının cavablandırıldığı interaktiv sessiya ilə tamamlanmışdır.