You are here: 
Münzen ges

Öhdəlik daşıyan şəxslərlə görüş keçirilib

Release Date:

31 oktyabr 2025-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Maliyyə monitorinqi şöbəsi tərəfindən öhdəlik daşıyan 35-dən çox şəxslə “ƏL/TMM (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) üzrə mövcud vəziyyət və çağırışlar” mövzusunda görüş keçirilib.

Tədbirin əsas məqsədi ƏL/TMM sahəsində mövcud vəziyyətin və qanunvericiliyə edilmiş dəyişikliklərin müzakirəsi, çətinliklərin aradan qaldırılması üçün öhdəlik daşıyan şəxslərin təkliflərinin dinlənilməsi və bu sahədə fikir mübadiləsinin aparılması olub. DVX nümayəndələrinin təqdimat və çıxışlarından sonra öhdəlik daşıyan şəxslərin sualları cavablandırılıb, təkliflərləri müzakirə olunub. Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi Nilufər Abdullayeva tədbirdə ÖDŞ-lərin müvafiq suallarının cavablandırılmasında aktiv şəkildə iştirak edib.

Previus news: