İxtisaslaşmış Maliyyə Menecerləri İnstitutu nümayəndələrinin Azərbaycana işgüzar səfəri çərçivəsində Maliyyə Monitorinqi Xidmətində görüş təşkil olunub.
Təlim proqramı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində xidmətlərin keyfiyyətinin artırılması, eləcə də bu istiqamətdə çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Sertifikatlaşdırma prosesi sahə üzrə bilik və bacarıqların sistemli şəkildə inkişaf etdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına dəstək verir.
Görüş zamanı yeni proqramın məzmunu, beynəlxalq çərçivəsi və tətbiq mexanizmləri ətraflı şəkildə təqdim olunmuşdur.
Növbəti mərhələdə proqramın yerli qanunvericiliklə inteqrasiyası və akkreditasiyası nəzərdə tutulur və bu istiqamətdə mmüzakirələrin davam etdirilməsi planlaşdırılır.