You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidməti “Deloitte” ilə görüş keçirib

Release Date:

Maliyyə Monitorinq Xidməti (MMX) 18 fevral 2026-cı il tarixində “Deloitte” şirkətinin nümayəndələri ilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində strateji inkişaf istiqamətləri və əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə yüksək səviyyəli görüş keçirib.

Görüşdə MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə qurumun idarəetmə strukturu, fəaliyyət müstəqilliyi, son Milli Risk Qiymətləndirməsi nəticələri və 2023-cü ildə MONEYVAL tərəfindən qəbul edilmiş qarşılıqlı qiymətləndirmə hesabatından sonra əldə olunmuş irəliləyişlər barədə məlumat verib. Nuran Kərimov - Deloitte Azərbaycanın idarəedici tərəfdaşı və şirkətin Lüksemburq tərəfdaşı Nikolas Marinier görüşdə iştirak edərək öz təcrübələrini bölüşüb və milli ƏL/TMM çərçivəsinin gücləndirilməsi üzrə müzakirələr aparıblar.

Görüşdə həmçinin ƏL/TMM sahəsində milli və beynəlxalq təcrübələrin mübadiləsinin davam etdirilməsi, dövlət-özəl tərəfdaşlığı modellərinin inkişafı və məlumatların effektiv paylaşılmasının əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb.