You are here: 
Münzen ges

Cənubi Afrika Respublikasının maliyyə kəşfiyyatı orqanı ilə Anlaşma Memorandumu imzalanıb

Release Date:

Cari ilin 6 iyul tarixində Eqmont Qrupunun Bakı şəhərində keçirilən plenar iclası  çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Cənubi Afrika Respublikasının Maliyyə Kəşfiyyatı Mərkəzi arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına (ƏL/TMM) dair Anlaşma Memorandumu imzalanıb.

Bu sənəd maliyyə cinayətləri ilə mübarizədə qlobal səylərin gücləndirilməsi istiqamətində mühüm addım hesab olunur. Qlobal iqtisadiyyatın təhlükəsizliyinə və sabitliyinə töhfə verəcək sənədin imzalanmasında məqsəd hər iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasını təmin etmək, habelə ƏL/TMM sahəsində effektiv məlumat mübadiləsini inkişaf etdirməkdir.


Bununla da, iki ölkə arasındakı mövcud olan diplomatik münasibətlər ƏL/TMM sahəsində də dərinləşəcək, yeni, daha sıx mərhələyə keçəcəkdir.

Previus news:
Next news: