Cari ilin 2 noyabr tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına dair təlim keçirilmişdir.
Təlimdə Maliyyə Monitorinqi Xidmətinin Dövlət qurumları ilə iş departamentinin Nəzarət orqanları ilə iş şöbəsinin rəisi Rüstəm Əliyev və həmin şöbənin əməkdaşı Sübhan Qarayev məruzəçi qismində çıxış etmişdir.
100 nəfərdən çox şəxsin iştirak etdiyi təlimin sual-cavab hissəsində notariat hərəkətlərinin aparılması zamanı praktikada yaranan çətinliklərlə bağlı Azərbaycan Notariat Palatası tərəfindən sistemləşdirilərək Maliyyə Monitorinqi Xidmətinə təqdim edilmiş, habelə notariuslar tərəfindən birbaşa ünvanlanmış suallar cavablandırılmışdır.