You are here: 
Münzen ges

Zəfər Günü münasibətilə şəhidlərimizin xatirəsi anılıb

Release Date:

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, sarsılmaz iradəsinin və rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin təcəssümüdür.

Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin kollektivi Zəfər Parkını ziyarət edib. 

Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə yad edilib, Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.

Previus news:
Next news: