You are here: 
Münzen ges

Maliyyə Monitorinq Xidməti və ECOFEL Sertifikatlaşdırma Proqramı arasında əməkdaşlıq genişlənir

Release Date:

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (Xidmət) Eqmont Qrupunun Maliyyə Kəşfiyyatı Orqanlarının Təkmilləşmə və Liderlik Mərkəzi (ECOFEL) tərəfindən həyata keçirilən Sertifikatlaşdırma Proqramı (ESP) ilə əməkdaşlığını yeni mərhələyə keçirir.

ESP maliyyə kəşfiyyatı orqanlarının əməkdaşları üçün nəzərdə tutulmuş beynəlxalq səviyyədə tanınan onlayn təlim və sertifikatlaşdırma layihəsidir. Proqram iştirakçılara interaktiv modullar, real keyslərə əsaslanan qiymətləndirmələr və beynəlxalq standartlara uyğun təlimlər vasitəsilə nəzəri və praktiki biliklər təqdim edir. 

Xidmət və ECOFEL arasında imzalanmış Razılaşma Məktubuna əsasən, Xidmət Proqramın əsas təlim materiallarına qeyri-kommersiya məqsədləri üçün çıxış əldə edib. Bu razılaşma Xidmətin İdarə Heyətinin sədri Zaur Fətizadə, Egmont Qrupunun sədri xanım Elzbieta Frankov-Yaskeviç, Egmont Qrupunun icraçı katibi cənab Jerom Bomon və Layihə rəhbəri Maykl Bul arasında keçirilən görüş zamanı təsdiqlənib.

Maliyyə Monitorinqi Xidməti ECOFEL-in beynəlxalq səviyyədə maliyyə kəşfiyyatı orqanlarının potensialının artırılması və təlim imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərə dəstək göstərməklə bu sahədə qlobal əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Bu dəstək ECOFEL-in fəaliyyətinin davamlılığına və təlim proqramlarının daha geniş əhatə dairəsinə çıxmasına imkan yaradır.

Bu əməkdaşlıq Azərbaycanın maliyyə kəşfiyyatı sahəsində beynəlxalq tərəfdaşlıq və bilik mübadiləsinə verdiyi önəmi bir daha nümayiş etdirir.

 

Previus news:
Next news: