You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidməti FATF Prezidenti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Release Date:

2025-ci il  6 iyul tarixində Maliyyə Monitorinqi Xidmətinin (MMX) İdarə Heyətinin sədri Zaur Fətizadə ilə Maliyyə Tədbirlərinə qarşı Mübarizə üzrə İşçi Qrupun (FATF) Prezidenti xanım Eliza Ferreira arasında görüş keçirilib.

Görüş zamanı FATF və onun regional qurumu olan MONEYVAL ilə əməkdaşlığının hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Görüş zamanı həmçinin 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbiri çərçivəsində MMX və Egmont Qrupu tərəfindən təşkil edilmiş, ətraf mühit cinayətlərinin maliyyə aspektlərinə həsr olunmuş xüsusi tədbir barəsində müzakirə aparılıb.

Görüş çərçivəsində 2026-cı ilin iyul ayında Bakıda təşkil olunacaq Egmont Qrupunun Plenar iclasına hazırlıq məsələləri də diqqət mərkəzində olub. FATF rəhbərliyi tədbirdə iştirak etməyə dəvət edilib.

Previus news:
Next news: