You are here: 
Münzen ges

Maliyyə Monitorinq Xidmətinin əməkdaşı ƏL/TMM 2026 tədbirində iştirak edib

Release Date:

Cari ilin 26 sentyabr tarixində Professional Maliyyə Menecerləri Assosiasiyası üzvləri üçün “ƏL/TMM 2026: Maliyyə cinayətləri ilə mübarizədə yeni çağırışlar – Dövlət, Maliyyə sektoru və Biznesin rolu” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq və benefisiar mülkiyyətçilərin təhlili departamentinin direktoru Fuad Əliyev tədbirdə çıxış edərək maliyyə cinayətləri ilə mübarizənin müasir çağırışlarından, benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsinin əhəmiyyətindən və bu istiqamətdə dövlət və özəl sektor arasında əməkdaşlığın vacibliyindən danışdı.

Tədbirdə həmçinin ƏL/TMM üzrə “Dip FMP – Financial Monitoring Professional” beynəlxalq təlim proqramının, eləcə də bu proqram üzrə hazırlanmış Azərbaycan dilində yeni tədris vəsaitinin təqdimatı baş tutdu.

Previus news:
Next news: