Release Date:
27 sentyabr – Anım Günü Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinə ehtiramın ifadəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın milli iradəsinin, həmrəyliyinin və qəhrəmanlığının parlaq təcəssümüdür.
Anım Günü münasibətilə Maliyyə Monitorinqi Xidmətinin kollektivi Zəfər Parkını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad edib. Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.