You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidməti əməkdaşları Baş Prokurorluğun təlimlərində paralel maliyyə araşdırmaları və aktivlərin bərpası mövzusunda çıxış ediblər

Release Date:

 

Cari ilin 23 aprel tarixlərində Azərbaycan Respublikasının Baş Prokurorluğu-nun Elm-Tədris Mərkəzi tərəfindən təşkil olunmuş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməlinin istintaq xüsusiyyətləri” mövzusunda təlimlərdə Maliyyə Monitorinqi Xidməti-nin əməkdaşları təlimçi qismində fəal iştirak ediblər.

Təlimlər çərçivəsində Xidmətin Dövlət qurumları ilə iş və benefisiar mülkiyyətçilərin təhlili departamentinin direktoru Nurlan Babayev “Paralel maliyyə araşdırmasının mahiyyəti və əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. O, paralel maliyyə araşdırmalarının cinayət işlərinin istintaqında rolu, maliyyə izlərinin müəyyən edilməsi və sübut bazasının gücləndirilməsi baxımından əhəmiyyətini ətraflı izah edib.

Eyni zamanda, həmin departamentin Dövlət qurumları ilə iş şöbəsinin mütəxəssisi Kəmaləddin Fərəcli “Cinayət təqibi zamanı aktivlərin bərpasının prioritetləşdirilməsi” mövzusunda çıxış edərək, aktivlərin aşkarlanması, izlənilməsi və geri qaytarılması prosesində tətbiq olunan yanaşmalar barədə məlumat verib.

Xidmət əməkdaşları təqdimatlar zamanı mövzular üzrə praktiki nümunələr əsasında izahlar aparıb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, təlimlər Bakı və Abşeron rayonlarında qulluq keçən əməkdaşlar üçün əyani, digər bölgələr üçün isə onlayn formatda təşkil olunub və əsas məqsəd maliyyə cinayətləri ilə mübarizə sahəsində peşəkar bilik və bacarıqların artırılmasıdır. Təlimlərdə ümumilikdə 27 nəfər dinləyici iştirak edib.

Previus news:
Next news: