14–15 oktyabr 2025-ci il tarixlərində İsveçrənin Bern şəhərində Qlobal Maliyyə Kəşfiyyatı Orqanları üzrə Liderlik Konfransı keçirilib. Tədbir çərçivəsində maliyyə kəşfiyyatı orqanlarının illər ərzində üzləşdiyi çağırışlar, süni intellekt və informasiya texnologiyalarının bu sahəyə təsiri mövzularında müzakirələr aparılıb.
Konfransda Maliyyə Monitorinqi Xidmətini İdarə Heyəti sədrinin müavini Azər Abbasov təmsil edib. Tədbirdə iştirak Maliyyə Monitorinqi Xidmətinin qabaqcıl beynəlxalq təcrübələrin mənimsənilməsi, maliyyə kəşfiyyatı sahəsində innovativ yanaşmaların tətbiqi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Konfrans çərçivəsində İsveçrə maliyyə kəşfiyyatı orqanı və Egmont Qrupunun rəhbərlərinin çıxışları, maliyyə kəşfiyyatında çətinliklər və innovasiyalarla bağlı təqdimatlar və müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə panel müzakirələri keçirilib. Həmçinin süni intellekt, kriptoqrafiya, rəqəmsal dövrdə strategiyalar, Veb 4.0, liderlik və orqan üstünlüyü mövzuları əhatə olunub.