You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidməti və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında görüş keçirilib

Release Date:

8 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlığın həyata keçirilməsi məqsədilə onlayn görüş keçirilib.

Görüş zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığın prioritet fəaliyyət istiqamətləri, o cümlədən sığorta sektorunda maliyyə cinayətlərinin qarşısının alınması, risklərin müəyyən edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əməkdaşlığın davamlılığının təmin edilməsi məqsədilə tərəflər arasında bu formatda görüşlərin mütəmadi əsasda keçirilməsi nəzərdə tutulur.

Previus news: