Release Date:
18 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Kapital Bazarları Assosiasiyası (AKBA) arasında dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş onlayn görüş keçirilib.
Görüşdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində əməkdaşlığın gücləndirilməsi, kapital bazarları iştirakçılarının bu sahədə qarşılaşdığı məsələlər, habelə aidiyyəti istiqamətlər üzrə məlumat və təcrübə mübadiləsinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Əməkdaşlığın gələcək mərhələdə inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.