You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidməti və investisiya şirkətləri arasında görüş keçirilib

Release Date:

Cari ilin 13 oktyabr tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə investisiya şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.

Görüş çərçivəsində “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”nda nəzərdə tutulmuş yeniliklər barədə məlumat verilib.

Həmçinin investisiya şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, məlumatların təqdim edilməsi prosesində qarşıya çıxan çətinliklər və praktiki məsələlər ətrafında müzakirələr aparılıb.

Previus news:
Next news: