Maliyyə Monitorinqi Xidmətinin ƏL/TMM üzrə eksperti və Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev tərəfindən müvafiq dövlət orqanlarının əməkdaşları üçün “Hüquq mühafizə üzrə qiymətləndiricilər üçün yeni raund qiymətləndirilməsinə dair FATF metodologiyasının əsasları” mövzusunda onlayn təlim keçirilmişdir. Təlimin məqsədi FATF-in qarşıdan gələn qiymətləndirmə prosesinə hazırlıq çərçivəsində aidiyyəti qurumların əməkdaşlarının biliklərinin artırılması olub.
Təlimdə qiymətləndirmə prosedurlarının əsas mərhələləri və prosedurları, metodologiyada yeniliklər və mövcud — çağırışlar haqqında ətraflı məlumat təqdim edilib.
Sessiya zamanı təqdimat nümayiş olunmuş, mövzular üzrə müzakirələr aparılmış və sual-cavab sessiyası təşkil edilmişdir. Təlimdə ümumilikdə hüquq mühafizə və nəzarət orqanlarından 10 nəfər nümayəndə iştirak etmişdir.