You are here: 
Münzen ges

MMX və AmCham arasında ƏL/TMM üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib

Release Date:

Cari ilin 19 noyabr tarixində Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyi ilə Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin (AmCham Azərbaycan) rəhbərliyi arasında görüş keçirilib.

Görüş zamanı ƏL/TMM (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) üzrə nəzarət mexanizmlərinin tətbiqi, dövlət-özəl tərəfdaşlıq imkanları, habelə gələcək əməkdaşlıq istiqamətləri ətrafında geniş müzakirələr aparılıb.

Görüşün sonunda tərəflər qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsi və mövcud proseslərin daha effektiv şəkildə qurulması üçün əməkdaşlığın ardıcıl şəkildə davam etdiriləcəyini bildirib.