You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı beynəlxalq təşkilatda rəhbər vəzifəyə ikinci dəfə seçilib

Release Date:

Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev Eqmont Qrupunun 2025-ci il 5–10 iyul tarixlərində Lüksemburqda keçirilmiş 31-ci plenar iclası və işçi qruplarının görüşləri çərçivəsində, ikinci dəfə “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu”nun sədri vəzifəsinə seçilib.

Qeyd edək ki,  maliyyə kəşfiyyatı orqanları (MKO) arasında  beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə 9 iyun 1995-ci il tarixində təsis edilmiş Eqmont Qrupu cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı məlumatlarının mübadiləsini təmin edən beynəlxalq platformadır. Hazırda bu quruma 181 ölkənin MKO-su üzvdür.

“Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu” MKO-ların cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq standartlara və üzvlük meyarlarına uyğun fəaliyyət göstərməsini təmin edən əsas struktur bölmələrdən biridir.

Xatırladaq ki, Fuad Əliyev bu vəzifəyə ilk dəfə 3 iyul 2023-cü il tarixində seçilmişdi. Onun sədr kimi iki illik fəaliyyəti dövründə göstərdiyi peşəkar fəaliyyət və liderlik keyfiyyətləri yüksək qiymətləndirilmişdir. Bu da onun növbəti dəfə sədrlik vəzifəsinə seçilməsinə zəmin yaradıb.

Beləliklə, Fuad Əliyev növbəti iki il ərzində Eqmont Qrupunun strateji əhəmiyyət daşıyan məsələlərinin əlaqələndirilməsi və MKO-ların üzvlük proseslərinə nəzarətin həyata keçirilməsi işində birbaşa iştirak edəcək və qlobal səviyyədə qərarların formalaşmasında mühüm rol oynayacaq.

Previus news:
Next news: