Release Date:
Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi Fuad Əliyev 10-11 sentyabr 2025-ci il tarixlərində Əbu-Dabidə keçirilən “Daha mürəkkəb dünyada maliyyə cinayətləri ilə mübarizə – 2025-ci il İllik Sammiti”nin panel müzakirəsində çıxış edib. Panelin mövzusu “Qırıq telefon modelindən kənar: Transsərhəd pulların leqallaşdırılmasına qarşı mübarizə üçün müasir informasiya mübadiləsi platformalarının qurulması. ” olub.
Çıxışında Fuad Əliyev beynəlxalq əməkdaşlığın, informasiya mübadiləsinin mövcud problemləri və həlli yolları barədə danışaraq, yeni yanaşmaların və “qutudan kənar” düşünmənin zəruriliyini vurğulayıb. FATF standartlarının yenilənməsi, habelə maliyyə kəşfiyyatı orqanlarının müvafiq məlumat bazalarına birbaşa çıxışının təmin olunması, yeni çağırışlara qarşı həlli yollarının tapılmasının zəruriliyini vurğulayıb.
Tədbirdə beynəlxalq təşkilatları, müxtəlif ölkələrin maliyyə kəşfiyyatı, nəzarət və hüquq-mühafizə orqanlarının, özəl sektor və vətəndaş cəmiyyətini təmsil edən 150-dən artıq ekspert iştirak edib