“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən, BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 2023-cü il 16 yanvar tarixli qərarına uyğun olaraq beynəlxalq siyahı yenilənmişdir.
Qeyd edirik ki, sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar dedikdə Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında ölkədaxili siyahıya və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sanksiya komitələrinin qərarları əsasında beynəlxalq siyahıya daxil edilən şəxslər nəzərdə tutulur.
Ölkədaxili və beynəlxalq siyahının son versiyası www.hms.gov.az rəsmi internet səhifəsində yerləşdirilmişdir.
«Hədəfli maliyyə sanksiyaları haqqında» Qanuna uyğun olaraq, öhdəlik daşıyan şəxslər sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların aktivləri, onların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan aktivlər, habelə belə aktivlər vasitəsilə əldə edilmiş digər aktivlər, onların adından və ya tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri, birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların aktivlərini həmin şəxslərə xəbərdarlıq etmədən və təxirəsalmadan dondurmalı və dərhal bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə və Maliyyə Monitorinqi Xidmətinə hms.gov.az vasitəsilə məlumat verməlidirlər.