You are here: 
Münzen ges

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş toplantı keçirilib

Release Date:

26 fevral 2026-cı il tarixində Maliyyə Monitorinqi Xidməti Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb və Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca, Fuad Əliyev “Xocalı faciəsinin tarixi və dövlətin siyasətində yeri” mövzusunda çıxış edərək, bu qanlı hadisənin milli yaddaşımızdakı əhəmiyyətindən və dövlətimizin bu istiqamətdə gördüyü tədbirlərdən danışıb.

Daha sonra Nurlana Süleymanova “Xocalıya ədalət” beynəlxalq kampaniyası və dünya ictimaiyyətinin bu faciəyə münasibəti barədə təqdimat edib, beynəlxalq arenada aparılan maarifləndirmə və diplomatik fəaliyyətin vacibliyini vurğulayıb.