You are here: 
Münzen ges

Egmont Qrupunun Katibliyi 2026-cı il plenar iclası öncəsi Bakıda hazırlıq işlərini qiymətləndirib

Release Date:

23–27 fevral 2026-cı il tarixlərində 2026-cı il Eqmont Qrupunun plenar iclasına hazırlıq çərçivəsində Katibliyin nümayəndəsi tərəfindən Bakı şəhərinə yerində hazırlıq səfəri həyata keçirilib. Səfər qarşıdan gələn Plenar İclasın təşkili ilə bağlı logistika məsələlərinin və nəzərdə tutulan məkanların nəzərdən keçirilməsinə həsr olunub.

Səfər zamanı iclasın keçiriləcəyi məkanda təşkilati və texniki imkanların qiymətləndirilməsi aparılıb, həmçinin aidiyyəti tərəfdaşlarla işgüzar görüşlər təşkil olunaraq koordinasiya prosesinin əsas aspektləri müzakirə edilib.

Bununla yanaşı, nümayəndə heyətlərinin yerləşdirilməsi ilə bağlı məsələlər və paralel tədbirlərin təşkili imkanları müvafiq qurumlarla birgə nəzərdən keçirilib. Səfərin yekununda əsas nəticələr ümumiləşdirilib və planlaşdırmanın növbəti mərhələsi üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Eqmont Qrupu Katibliyinin nümayəndəsi hazırlıq prosesinə göstərilən dəstəyə və görülmüş işlərə görə ev sahibi tərəfin səylərini yüksək qiymətləndirib.

Yerində baxış səfəri 2026-cı il Eqmont Qrupunun plenar iclasına hazırlıq işlərinin növbəti mərhələsinə keçid üçün mühüm zəmin yaradıb.

Previus news:
Next news: