Cari ilin 11 dekabr tarixində “Maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirləri çərçivəsində üçüncü şəxslərə güvənmə” mövzusunda təlim keçirilib. Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə baş tutan təlimdə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev, həmçinin departamentin digər əməkdaşları Azər Həsənli və Sübhan Qarayev təlimçi qismində iştirak edib.
Təlim çərçivəsində bank sirri rejiminin tələblərinə uyğun olaraq üçüncü şəxslərə güvənmə mexanizminin tətbiq prosesi, beynəlxalq standartlar və milli qanunvericiliyin müvafiq tələbləri, bu sahədə istifadə olunan sənəd nümunələrinin əsas müddəaları, eləcə də yeni texnologiyalar əsasında təqdim edilən məhsul və xidmətlərdə bu mexanizmin tətbiqi praktiki nümunələr üzərindən ətraflı izah olunub.
Tədbirdə maliyyə institutlarının 200-dən çox əməkdaşı iştirak edib. Təlimin sonunda üçüncü şəxslərə güvənmə institutunun tətbiqi zamanı qarşıya çıxan çətinliklərlə bağlı iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.
“Maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirləri çərçivəsində üçüncü şəxslərə güvənmə” mövzusunda təlim keçirilib
Release Date: